Azərbaycan UEFA reytinqində 32-cidir

Azərbaycan UEFA reytinqində 32-cidir
XƏBƏR 15 Yanvar 2013 / 12:51 2860
-  A +

UEFA-nın açıqladığı son "Fair-play" ("Ədalətli oyun") reytinqindəki Azərbaycanın mövqeyi bəlli olub.

Qol.Az-ın məlumatına görə, ölkəmiz siyahıda 32-ci yeri tutub.

Siyahıda ilk "3"lükdə qərarlaşan Norveç, İsveç və Finlandiya gələn mövsüm üçün Avroliqaya əlavə bir vəsiqə də əldə ediblər.

2012-ci ilin dekabrın 31-dək olan dövrü əhatə edən yarışlarda "ədalətli oyun" kimi komandaların rəqiblərinə və hakimlərinə gözəl münasibəti, tamaşaçıların davranış qaydası, həmçinin oyunçuların aldığı sarı və qırmızı vərəqələrin sayı əsas götürülüb.

Qeyd edək ki, Azərbaycan siyahıda Gürcüstan, Xorvatiya, Yuinanıstan, Ermənistan və Türkiyə kimi ölkələri qabaqlayıb.

 


Son xəbərlər