"Rəvan" hazırlığını davam etdirir

"Rəvan" hazırlığını davam etdirir
XƏBƏR 14 Yanvar 2013 / 17:38 1333
-  A +

Yanvarın 10-dan etibarən hazırlığa start verən "Rəvan”da artıq bütün futbolçular komandanın düşərgəsindədir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həftəsonu legionerlər də "qış yuxusu”ndan ayılıb.

Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan və ilk "altılıq" şansları qalan komanda hələlik gündə bir dəfə məşq edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda əsas komandanın 22 futbolçusuyla yanaşı, əvəzedici heyətdən 5 oyunçu da iştirak edir.

Yanvarın 16-dan isə məşqlər intensiv xarakter alacaq. Belə ki, komanda gündəlik məşqlərin sayını ikiyə çatdıracaq. Səhər çalışmaları fiziki-hazırlıq, axşam məşqləri isə texniki-taktiki yöndə olacaq.

Son xəbərlər