İniyesta: "Bir gün biz də məğlub olacağıq"

İniyesta: "Bir gün biz də məğlub olacağıq"
XƏBƏR 14 Yanvar 2013 / 16:17 2496
-  A +

"Barselona”nın yarımmüdafiəçisi Andres İniyesta komandası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu bir gün məğlub olmağın qaçılmaz olduğunu bildirib:

"La Liqada məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacağıq. Özümüzü çox yaxşı hiss edirik. Birinci dövrədə göstərdiyimiz oyun tam mənası ilə möhtəşəm idi. Amma belə statistikalar mövsümün sonunda əhəmiyyətli olur. Bu mənada may ayında da bu tempi saxlamağı arzu edirəm. Ancaq gec, ya da tez məğlub ola bilərik"

Qeyd edək ki, "Barselona" geridə qalan 19 turda cəmi bir heç-heçə edib. Qalan görüşlərin hamısında meydandan 3 xalla ayrılıb.

Son xəbərlər