"Xəzər Lənkəran" Antalyada ilk məşqini keçirdi

"Xəzər Lənkəran" Antalyada ilk məşqini keçirdi
XƏBƏR 14 Yanvar 2013 / 15:40 2241
-  A +

Antalyada keçirilən qış toplanışı çərçivəsində “Xəzər Lənkəran” bu gün ilk məşqinə çıxıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir saat davam edən məşq komandanın məskunlaşdığı "Ela Quality Resort" otelinin təzə istifadəyə verdiyi meydançasında baş tutub.
 
Ənənəvi yüngül qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular toplu çalışmalara keçiblər. Zədədən sonra qayıdan Dimitrios Sialmas və Eder Bonfim digər komanda yoldaşlarından fərqli olaraq fərdi bərpa proqramı üzrə məşq keçdilər.

Son xəbərlər