Bu gün "Bakı" futbol klubunun A komandası iki həftə ərzində təlim-məşq toplantısı keçiriləcək Antalyaya yollanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərov xaric olmaqla tam heyətlə toplanan məşqçi-futbolçu heyəti və personal səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrılıblar.
Klub rəhbəliyinin yaxşı yol arzuları ilə səfərə çıxan komanda Heydər Əliyev adına hava limanına istiqamət alıb. U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplantıya dəvət alanlar arasında əvəzedici komandanın gənc üzvü Vüqar Bəybalayev də var.
Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşacaq komanda sabah (15 yanvar 2013) təlim-məşq toplnatısı çərçivəsində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksək olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı