Arsen Venger: "Fabreqas "Arsenal"a qayıdacaq"

Arsen Venger: "Fabreqas "Arsenal"a qayıdacaq"
XƏBƏR 14 Yanvar 2013 / 13:32 2358
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandasının sabiq kapitanı Sesk Fabreqas haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis Fabreqasın bir gün “Arsenal”a qayıdacağına inandığını bildirib.

"Fabreqasın bir gün bura qayıdacağına inanıram. O, dünyanın ən yaxşı oyunçularından biridir və “Arsenal”lıdır. Sesk buranı çox sevir və hələ də bütün oyunlarımızı izləyir. “Barselona” hazırda dünyanın ən yaxşı komandasıdır. Fabreqasın Barselonada böyüdüyünü nəzərə alıb, onun orada oynamağını qəbul edə bilərəm. Bir gün Fabreqas “Arsenal”a qayıdacaq. Amma bu yaxın 2-3 ildə olmayacaq".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fabreqas 2011-ci ildə "Arsenal"dan doğma klubuna transfer edilmişdi.

Son xəbərlər