Was für das Spiel Fogts?

Was für das Spiel Fogts?
XƏBƏR 3 İyun 2009 / 16:07 2741
-  A +

Millimiz daha bir oyunu yola verdi. Bəli, məhz yola verdi. Çünki futbolçularımızın dünənki oyununa başqa ad vermək mümkün deyil. Gəlin, etiraf edək ki, biz futbol oynaya bilmərik. Ümumiyyətlə, futbol bizlik deyil. O vaxt “KVN-şiklər” yaxşı demişdilər - “Futbol bir dünyadır. Amma o dünyada Azərbaycana yer yoxdur”. Düz də deyirlər. Vallah, qardaşım, belə də olmalıydı. Çünki dünən Türkiyəyə qarşı start heyətində meydana çıxan futbolçu oyuna 1 saat 55 dəqiqə qalmış “odnoklassniki” saytında oturursa, belə də olmadı. Bir başqası vacib oyun öncəsi gecə saat 3-dək “çatdaşırsa”, bu komandadan daha nə gözləmək olar?
Foqtsun komandada alman nizam-intizamı yaratması barədə deyilənlər də boş söhbətdi. Məğlubiyyətin əsas səbəbkarı qismində Berti Foqtsu görürəm. Almanı AFFA-da “kişi” çağırsalar da, o meydana futbolçularına kişi kimi vuruşmağı öyrədə bilmir. “Kişi” ləqəbi daha çox Terimə yaraşır. Çünki Terim kişi kimi verdiyi sözün üstündə dura bildi. Kişinin oğlu demişdi ki, heç-heçə olmayacaq, olmadı da. 
Ümumiyyətlə, Foqtsun qurduğu heyət də düz-əməlli deyildi. Görəsən, o, Uelsə qarşı da bu heyətlə oynamaq istəyir? Başa düşə bilmirəm ki, Daniel Axtyamovu milliyə niyə çağırıblar? Zaur Ramazanovun ondan nəyi əksikdir ki? Olsa-olsa ancaq boyu, vəssəlam. Amma qalan bütün cəhətlərdə Zaur Axtyamovdan üstündür. Dünən bizə məhz Zaur kimi sürətli forvard lazım idi ki, rəqibin müdafiəsini çaş-baş salsın. Amma Axtyamov yalnız “yer süpürməklə” məşqul idi.
Zalım oğlu iki dəqiqədən bir yerə yıxılırdı. Elə bil, içib çıxmışdı oyuna.
Mahir Şükürova da söz ola bilməz. Yenə də öz “ampulasında” idi. “Bakı”yla oyundakı “qəhrəmanlığ”ını dünən təkrarlamaq istəyirdi. Amma Junivanının yoxluğu bu dəfə sözünü dedi. Türkiyə millisinin futbolçusu yıxılıb yerə, bu isə topu götürüb elə qaçır ki...
Yalnız Fərhadla Rəşadın oyununu yaxşı mənada qeyd etmək olar. Düzdür, Sadıqov “qırmızı” alaraq komandanı çətin vəziyyətdə qoydu, amma onu da qınamağa dəyməz. Çünki Rəşad hazırda çox yorğundur. Ağır mövsümün ardından dincəlməyə ehtiyacı var.
Fərhad isə yalnız “əhsən” demək olar. Həqiqətən də Vəliyev Rusiyayla oyundakı günahını dünən yuya bildi. Necə deyərlər, “Fərhad, sükanı belə də saxla”.
Qarşıdan Uelslə oyun gəlir. Əsas sınaq məhz bu oyundur. Amma təəssüf ki, dünənki oyundan sonra hamımız bədbinləşmişik. Ümid qalıb yalnız azarkeş amili və Uelsin Bakıya uşaq-muşaqla gəlməsinə. Bu iki amildən maksimum yararlana bilsək, britaniyalıları məyus edə bilərik.        
Əks halda, Foqts çamadanlarını indidən yığmağa başlasa, yaxşı olar.

İbrahim CƏFƏROV
[email protected]

P.S. Was für das Spiel Fogts? Almancadan Azərbaycan türkcəsinə tərcümədə “bu nə oyundur, Foqts?” deməkdir.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır