Torres "Qarabağ"ın düşərgəsinə qoşuldu

XƏBƏR 14 Yanvar 2013 / 01:57 2378
-  A +

"Qarabağ"ın yeni transferi Kristian Torres az əvvəl Antalyada hazırlıq prosesində olan komandasının düşərgəsinə qoşulub.

Qol.Az-ın Türkiyəyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, 27 yaşlı argentinalı yarımmüdafiəçinin Ağdam klubuna keçidi ilə bağlı onun məxsus olduğu "Rəvan"la razılıq əldə olunub.

Yaxın günlərdə Torreslə 1.5 illik müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, K.Torres bu gün hazırda Antalyada hazırlıq prosesində olan "Qarabağ"ın məşqinə çıxacaq.


Son xəbərlər