"Azərbaycanla matçda azlıqda qalsaq da, oyun intizamını itirmədik"
"Oyun barədə təəssüratlarım müsbətdir. Azlıqda qalsaq da, oyun intizamını itirmədik. Xarakter nümayiş etdirdiyi üçün futbolçulara təşəkkür edirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Belarus millisinin baş məşqçisi Andrey Pışnik yığmamızla oyundan (5:3) sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının oyundan-oyuna daha yaxşı çıxış etdiyini bildirib: "Tutduğumuz yeri nəzərə almasaq, oyundan-oyuna inkişaf edirdik. Avropanın güclü komandalarına qarşı kifayət qədər yaxşı oynadıq. Qarşıdakı turnirlərdə karımıza gələcək beynəlxalq təcrübə qazandıq. Bu yarışda öz oyun fəlsəfəmizi tapdıq və həmin istiqamətdə irəliləməyə çalışacağıq”.