Millimizin turnirdəki son rəqibi müəyyənləşdi

Millimizin turnirdəki son rəqibi müəyyənləşdi
XƏBƏR 13 Yanvar 2013 / 00:01 1269
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə keçirəcəyi son oyundakı rəqibi müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçularımız 11-ci yer uğrunda qarşılaşmada Belarus yığması ilə üz-üzə gələcək.

Sankt-Peterburq şəhərindəki “Zenit” İdman Oyunları Sarayında yanvarın 13-də keçiriləcək oyun saat 16:30-da başlayacaq.

Son xəbərlər