Güclü yağış "Qarabağ"ın planını pozdu

XƏBƏR 12 Yanvar 2013 / 23:16 1443
-  A +

Antalyada yağan güclü yağış bu şəhərdə təlim-məşq toplanışında olan "Qarabağ"ın bugünkü planlarını pozub.

Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, komandanın həm səhər, həm də axşamkı məşqi hava şəraitinin kəskin pisləşməsi səbəbindən baş tutmayıb.

Komanda yalnız məskunlaşdığı oteldə fitnesdə məşq etməklə kifayətlənib.

 

Son xəbərlər