Benzema: "Üzərimdə böyük təzyiqin olmasından çəkinmirəm"

Benzema: "Üzərimdə böyük təzyiqin olmasından çəkinmirəm"
XƏBƏR 12 Yanvar 2013 / 14:21 1738
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "AS"a danışan fransız futbolçu üzərində böyük təzyiqin olmasından çəkinmədiyini bildirib:

"Üzərimdə böyük təzyiq var. Ancaq mən bundan çəkinmirəm. Çünki bu futbolun bir parçasıdır. Təzyiqin olması mənim daha yaxşı çıxışımı təmin edir. Gündən-günə daha da artırdığımın fərqindəyəm".

Qeyd edək ki, 2009-cu ildən "Real"ın şərəfini qoruyan Benzema keçirdiyi 109 oyunda 49 dəfə rəqib qapılarına yol tapıb.

 


Son xəbərlər