"Yuventus"un Teo Uolkot israrı davam edir

"Yuventus"un Teo Uolkot israrı davam edir
XƏBƏR 12 Yanvar 2013 / 13:25 1648
-  A +

İtaliyanın "Yuventus" klubu "Arsenal"ın hücumçusu Teo Uolkotu transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, Turin təmsilçisi ingilis futbolçunun xidmətində maraqlıdır.

23 yaşlı futbolçunun daha öncə "Arsenal"la müqaviləni uzatmaqdan imtina etməsi "Yuventus" rəhbərliyini hərəkətə keçirib. Son İtaliya çempionu Uolkotun transferi üçün "Arsenal"a 20 milyon avro ödəməyə hazırlaşır. Lakin Uolkotun bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, 2006-cı ildən "Arsenal"ın şərəfini qoruyan Uolkot bu komandanın heyətində keçirdiyi 164 oyunda 34 dəfə fərqlənib.


Son xəbərlər