"Kəpəz"in qapıçısı Xəyal Zeynalov klubun rəsmi saytına müsahibə verib.
- Xəyal, ilk növbədə komandanın birinci dövrədəki çıxışına münasibətini bilmək istərdik...
- Hamıya məlumdu ki, komandanın çıxışı ürəkaçan deyil. Yola saldığımız ildə qeydə alınan nəticəmizdən heç cür razı ola bilmərəm. Mövsümün əvvəlində "Kəpəz"in belə çıxışı gözlənilən deyildi. Amma çempionatın gedişində vəziyyətimiz göründü. Zəif oyun sərgilədik və turnir cədvəlində arzuedilməz yerdə qərarlaşdıq.
- Bu mövsüm ötən ilkindən fərqli qapıda daha çox dayandın. Bunu nə ilə izah edərsən?
- Əvvəlki məşqçilər mənə şans verməyə üstünlük vermirdilər. Bunun səbəbi komandada olan legioner qapıçılar idi. Lakin mən əcnəbi həmkarlarımla öz aramda elə də ciddi fərq görmürdüm. Mahmud Qurbanov isə mənə şans verdi. Heyətdə kimin oynamasını məşqçi təyin edir. Yəni, futbolçunun oynayıb-oynamamasının da seçimi məşqçinin əlindədir. Öz oyunumdan hardasa 70 faiz razı qaldım. İki il ehtiyatda qalan qapıçı üçün bu göstərici qənaətbəxşdir.
- Top ən son qapıçıdan keçib tora daxil olur desək, məğlubiyyətlərdə rolunu necə görərsən?
- Mən demirəm ki, uduzduğumuz oyunlarda günahım olmadı. Özümü ən çox günahkar gördüyüm oyun "Xəzər Lənkəran"la görüşümüz oldu. Çünki bu oyunda 11 metrlik cərimə zərbəsinə səbəb oldum. Həm də lazım olmayan halda kobud oynadım.
- Penaltidən top çıxardığın da oldu...
- Qapıda durduğum oyunlarda əleyhimizə üç penalti təyin olundu və bu zərbələrdən birini dəf etdim. Səkkiz oyunda çərçivədə durdum. Həmin matçlarda bir qələbə qazanıb, üç dəfə heç-heçə edib, dörd görüşdə məğlub olduq. Ən acı məğlubiyyət "Neftçi" ilə görüşdə oldu ki, 4 top buraxdım. Öz çıxışımdan az da olsa razıyam.
- Əsas heyətdə yer almaq uğrunda əsas rəqibin olan İvan Radoşun komandadan göndərilməsindən sonra şansın bir qədər də artdı. Sən nə düşünürsən?
- Mən rəqabətdən heç vaxt qorxmamışam. Radoş normal qapıçı idi. Mənim legioner və ya yerli qapıçılarla problemim olmayıb. Baş məşqçimiz şans verəcəyi təqdirdə yenə canla-başla "Kəpəz"imiz üçün əlimdən gələni edəcəyəm.
- Mövsümün qarşıdakı hissəsi haqda nə düşünürsən?
- Hələ heç nə deyə bilmərəm. Zamanla nəyə layiq olduğumuzu, nə bacardığımızı görəcəyik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, rəqiblərdən çəkinməyib, mübarizə aparacağıq.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı