Sneyderlə bağlı yeni xəbər

Sneyderlə bağlı yeni xəbər
XƏBƏR 11 Yanvar 2013 / 18:13 3636
-  A +

“İnter” klubunun futbolçusu Uesli Sneyderin adı həftəsonu “Peskara” ilə keçirilən oyunun heyətində yer almayıb.

Qol.Az-ın məlumatına görə, zədədən yeni qurtulan futbolçu komanda ilə birgə məşqlərə başlasa da, baş məşqçi Sneyderi heyətdən kənarlaşdırıb.

İtaliya klubunun rəsmi saytı bu barədə açıqlama yayıb. Stramaccioninin hansı səbəbdən belə addım atması bəlli deyil.

Baş vermiş olay "Qalatasaray" klubunun azarkeşlərini sevindirib.

Qeyd edək ki, "sarı-qırmızılı" komandanın rəhbərliyi Sneydərlə danışıqlar apardıqlarını və yaxın günlərdə futbolçunun "Qalatasaray"a keçəcəyini bildirib.


Son xəbərlər