Türkiyə-Azərbaycan matçına Türkiyənin “Vatan” qazeti də, öz münasibətiini ortaya qoyub. “Sağol gardaş!” başlıqlı yazısında həmkarlarımız qarşılaşmaya fərqli prizmalardan yanaşıblar. Qol.Az-ın məlumatına görə, “Vatan”çılar yazıya fərqli rənglər də qatıblar: “Dünya çempionatının seçmə oyunu öncesi özel maçtda Azərbaycanı qəbul edən millilərimiz ilk hissədə rəqibin cərimə meydançasına girməkdə zorluq çəkdilər. Sadıqov qırmızı vərəqə alaraq oyunu tərk edincə, rahatlayan ay-ulduzlularda Semih penaltı qaçırsa da, yekun nəticəni Halil və İ.Üzülmez müəyyənləşdirdi”. Daha sonra türkiyəli həmkarlarımız məsələnin siyasi tərəfinə də toxunublar: “Hökümətin Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən bəri qapalı olan sərhədləri açmağa cəhd göstərməsi nəticəsində Azərbaycanla Türkiyə arasında əsrlərə söykənən qardaşlıq az qala bir qələmlə silinəcəkdi. İllərdi Avrovizion yarışmalarında bir-birinə 12 xal verən Türkiyə ilə Azərbaycanın dünənki dostluq matçında tribunalarda ortaya çıxan görüntülər sarsılan münasibətlərin asanlıqla qopmayacağını sübut etdi”. Ardınca “Vatan” oyuna da toxunub: “Fatih Terim də dünən baş məşqçilik karyerasında bəlkə də, bir ilki yaşadı. Zədəli-zədəli oyuna çıxması ilə. Hakimin final fitin ilə birlikdə azərilərin tək bir məqsədlərinin olduğu anlaşıldı: nəyin bahasına olursa olsun qol buraxmamaq. Hətta, elə təəssürat yarandı ki, sanki, qol atmaq niyyətləri belə yoxdur. İlk hissədə komandamız Azərbaycanın müdafiə səddini sadəcə, iki dəfə keçə bildi. İkinci hissədə isə, “Kocaelispor”un stopperi Rəşad Sadıqovun penaltiyə səbəb olaraq meydançadan qovulması vəziyyəti dəyişdi. Semih zərbəni dəqiq yerinə yetirə bilməsə də, 10 nəfərələ qalan qardaşlarımızın üzərinə daha böyük qüvvə ilə gəlincə, hesabın açılmasını çox gözləmək lazım gəlmədi. Nəticədə Halilin və İbrahimin qolları nəticəni müəyyənləşdirdi. İkl qolda müdafiəçiyə dəyən topun Fərhad Vəliyevi yanıltması da qeyd etmək lazımdır”. Sonda türkiyəli həmkarlarımız bir məqamı da qabardıblar: “Dünənki matç Azərbaycan kimi oynayan Ermənistan və Estoniya önündə işimzin zor olacağını da açıq şəkildə ortaya qoymuş oldu”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər