Neymar: "Messinin tayı bərabəri yoxdur"

Neymar: "Messinin tayı bərabəri yoxdur"
XƏBƏR 11 Yanvar 2013 / 13:47 2246
-  A +

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar Messinin dördüncü dəfə “Qızıl top” mükafatını almasına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mətbuat nümayəndələrinin suallarını cavablandıran Neymar Messi haqqında xoş sözlər deyib:

"Dünya futbolunda kimsə Messiyə bərabər deyil. O, 2012-ci ildə baxımlı oyunu ilə "Qızıl top"a layiq olduğunu sübut etmişdi".

Futbolçu "Barselona"ya keçidi haqqında olan fikirlərə də aydınlıq gətirib: "Barselona" üçün ancaq yaxşı şeylər deyə bilərəm. Lakin mən "Santos"un oyunçusuyam. Klubumla müqaviləm davam edir. Hər hansı bir klubu digərindən üstün tutmuram".

Qeyd edək ki, 20 yaşlı oyunçunun 2013-2014-cü il mövsümündə “Barselona”nın formasını geyinəcəyi iddia olunur.

Son xəbərlər