FİFA hər gün üçün 2850 dollar ayırdı

FİFA hər gün üçün 2850 dollar ayırdı
XƏBƏR 11 Yanvar 2013 / 01:09 1771
-  A +

FİFA öz futbolçularını 2014-cü il dünya çempionatına buraxacaq klublar üçün ödənişlərin həcmini açıqlayıb.
 
Qol.Az-ın məlumatına görə, klub oyunçusunun mundialda bir gününə 2850 dollar alacaq.
 
Bu məbləğ 2010-cu il dünya çempionatında ödəniləndən 1250 dollar çoxdur. Ödəmələr qarşıdakı mundialın ilk matçına 2 həftə qalmış aparılacaq. Ödənişin son günü isə futbolçunun turnirdə çıxışlarını başa vuracağı tarix sayılacaq.
 
Qeyd edək ki, 2010-cu il dünya çempionatının yekununda hamıdan çox vəsait İspaniya “Barselona”sına ödənilib. Bu, 900 min dollar təşkil edib.

Son xəbərlər