Türkiyə və Azərbaycan milli komandalarının dünənki qarşışlaması zamanı ANS-in şərhçisi İlqar Mikayıloğlu yeni «kəşflər» etməyə başladı. Semih hələ penaltini yerinə yetirməzdən əvvəl İlqar bəy «uzaqgörənlik» edərək yoldaşlıq, qardaşlıq matçı olduğu üçün topun qapıdan keçməyəcəyini dedi. Başqa sözlə, Semihin bu penaltini bilərəkdən yerinə yetirməyəcəyinə və oyunun heç-heçə başa çatacağına işarə vurdu. Bəli, Semihin vurduğu zərbəni qapıçımız Fərhad Vəliyev dəf etdi. Və bu zaman İlqar bəy proqnozu düz çıxdığı üçün az qala coşmağa başladı.
İlqar Mikayıloğlunun məntiqinə görə, bu epizodda qapıçı Fərhad Vəliyevin heç bir rolu olmadı. Beləliklə də, İlqar bəyin bir «uzaqgörənliyi» sahəsində bütün 90 dəqiqəni inamla oynayan, komandamızın dünənki oyunda ən yaxşısı olan Fərhad Vəliyevin əməyi yerə vuruldu. Amma məsələnin maraqlı tərəfi odur ki, Semih penaltini vurarkən oyunun heç-heçə başa çatacağıyla bağlı İlqarın proqnozu ilə matçın nəticəsi arasında bir uyğunluq olmadı.
Necə deyərlər, «əhsən» belə uzaqgörənliyə!
Belə öncəgörməyə əsl qiyməti isə
elə türkiyəli futbolçular vurduqları İKİ qolla qiymət verdi.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi