Ronaldo: "Azarkeşlərin dəstəyinə ehtiyacımız var"

Ronaldo: "Azarkeşlərin dəstəyinə ehtiyacımız var"
XƏBƏR 10 Yanvar 2013 / 13:56 2423
-  A +

İspaniya kubokunun 1/8 finalında “Selta Viqo”nu 4:0 hesabı ilə məğlub edən Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Joze Mourinyoya qarşı etiraz edilməsinə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan sonra mətbuat konfransına gəlməyən Mourinyonun əvəzinə kapitan Ronaldo jurnalistlərə açıqlama verib:

"Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. Biz komanda kimi bir olmalıyıq. İçimizdə ayrı-seçkilik yaşanmamalıdır. Hələ qazanacağımız çox şeylər var".

Qeyd edək ki, ötən iki oyunda olduğu kimi bu oyunda da azarkeşlər baş məşqçi Joze Mourinyonu fitə basıblar.

Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner