Qış fasiləsindən sonra bir araya gələn "Bakı" bu gün klubun təlim-məşq bazasında ilk məşqinə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetiriblər.
İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayət olunub. Viza məsələsində problem yaşayan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodrigez və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən Edin Nuredineski məşqə qatılmayanlar arasında idilər. Makedoniyalı qapıçının düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir.
Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq. Komandanın heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə "Bakı" forması ilə çıxıb.
Beş gün ərzində məşqlərini təlim-məşq bazasında davam etdirəcək komanda bunun ardından qış təlim-məşq toplanışının məkanı Türkiyəyə yollanacaq. Komanda yanvarın 14-də Antalyaya yola düşəcək.
Hakimi "Real"a keçir?
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində