Bəxtiyar Soltanov "Simurq"a keçidindən danışdı

Bəxtiyar Soltanov "Simurq"a keçidindən danışdı
XƏBƏR 10 Yanvar 2013 / 12:20 2076
-  A +

"İstəyirdim ki, iddialı komandalardan olan “Simurq”un heyətinə qatılım. Buna da nail oldum. Bu komandanı seçməyimdə Zaqatala təmsilçisinin hazırda liderlər mövqeyində yerləşməsi də çox önəmli oldu. Onların bu ilki çıxışları, uğuru, göz qabağındadır. İstərdim ki, bu kluba birdəfəlik keçim. Sadəcə, bunun müqabilində “Simurq”dan çox pul istənildi. Ancaq düşünürəm ki, özümü bu klubda yaxşı tərəfdən göstərməyimdən çox şey asılı olacaq".

Bu sözləri Qol.Az saytına açıqlamasında “Simurq” klubunun yeni transferi Bəxtiyar Soltanov deyib.

Soltanov "Simurq"dakı rəqabətdən çəkinmədiyini bildirib: "Bilirəm ki, heyətdə mənim mövqeyimdə çıxış edən güclü, səviyyəli futbolçular çıxış edir. Lakin mən bu rəqabətdən heç də çəkinmirəm. Nəyə qadir olduğumu “Simurq”da göstərməyi bacaracağam".

Qeyd edək ki, müqavilə ilə "Qarabağ"a məxsus Bəxtiyar Soltanov mövsümün sonunadək "Simurq"da çıxış edəcək.

Son xəbərlər