"Simurq" Rumıniya klubu ilə qarşılaşacaq

"Simurq" Rumıniya klubu ilə qarşılaşacaq
XƏBƏR 10 Yanvar 2013 / 01:09 1669
-  A +

Zaqatalanın “Simurq” klubu Rumıniyanın yüksək liqasında çıxış edən “Petrolul” komandası ilə yoxlama matçı keçirəcək.

Görüş “Simurq”un Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı çərçivəsində baş tutacaq.
 
Bələk qəsəbəsindəki meydanlardan birində oynanılacaq qarşılaşma yanvarın 31-ə təyin edilib. Artıq bu barədə “Petrolul”dan rəsmi razılıq verilib. Bu, yanvarın 10-da Antalyaya yola düşəcək “Simurq”un son yoxlama matçı olacaq. Digər rəqiblərin adları isə yaxın günlərdə dəqiqləşəcək. Zaqatala komandası mövsümün ilk yarısını 18 oyundan 33 xalla 2-ci pillədə başa vurub.
 
Qeyd edək ki, Ploeşti şəhərini təmsil edən rəqib hazırda Rumıniya çempionatında 6-cı pillədə qərarlaşıb. 18 turdan sonra “Petrolul” 34 xal yığıb. Komandanın fiziki hazırlıq üzrə məşqçisi vaxtilə “Neftçi” və “Xəzər Lənkəran”da da çalışmış Covanni Melkiorredir. “Petrolul”un oyunçularından Daniel Opritsa 2009-cu ildə “Bakı”da çıxış edib. Klubun baş məşqçisi isə ötənlərin məşhur futbolçusu Kozmin Kontradır (Lent.az).

Son xəbərlər