"Qarabağ" "Qalatasaray"a "qonşu" oldu

XƏBƏR 10 Yanvar 2013 / 00:44 2931
-  A +

Təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə gələn "Qarabağ" klubu bu gün hazırlıq prosesinə start verəcək.

Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, məşq komandanın məskunlaşdığı beşulduzlu otelin meydançasında baş tutacaq.

Həmin otelin eyni məkanda yerləşən digər meydançasında isə İstanbulun "Qalatasaray" komandası məşq edəcək. İstanbul klubunun məşqinin qapalı keçəcəyi gözlənilir.



Son xəbərlər