"Bu, mənim gördüyüm ən güclü Azərbaycan yığmasıdır"

"Bu, mənim gördüyüm ən güclü Azərbaycan yığmasıdır"
XƏBƏR 9 Yanvar 2013 / 18:02 2844
-  A +

“Azərbaycan yığması ilə bizim çox yaxşı, dost münasibətimiz var. Bir neçə dəfə qarşılaşmışıq. Qazaxıstanda keçirilən turnirdə Azərbaycan yığması bizi məğlub etdi. Bu dəfə isə biz qələbə qazandıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov yığmamızla oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis bu gün indiyədək gördüyü ən güclü Azərbaycan yığmasına qarşı oynadıqlarını bildirib: "Futbolda belə hallarla tez-tez rastlaşmaq mümkündür. Bir məsələni qeyd edim ki, bu, müvafiq yaş qrupunda indiyə qədər mənim gördüyüm ən güclü Azərbaycan yığmasıdır. Təəssüf ki, bu turnirdə bizim qrupumuzda 3 eyni səviyyəli komanda mübarizə apardı. Çünki hər üçümüz qrupda birinci yeri tutmağa layiq komandalar olduğumuzu nümayiş etdirdik”.

Son xəbərlər