Rəşad Sadiqov: "Bizi yalnız qızıl medallar qane edir"

Rəşad Sadiqov: "Bizi yalnız qızıl medallar qane edir"
XƏBƏR 9 Yanvar 2013 / 16:55 1680
-  A +

“Neftçi” klubu qış fasiləsi hazırlığını davam etdirir.

Qol.Az-ın məlumatına görə, komandanın bugünkü məşqi klubun bazasında baş tutub.
 
Məşqdən sonra “Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına danışıb:

“Mövsümün birinci yarısı 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu. Bununla belə, qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik. 11 yanvar tarixindən etibarən hazırlığımızı Türkiyədə davam etdirəcəyik. Məqsədimiz, Premyer Liqanın qalibi olmaqdır. Bizi yalnız qızıl medallar qane edir”.

Son xəbərlər