Messi Stoku təbrik etdi

Messi Stoku təbrik etdi
XƏBƏR 9 Yanvar 2013 / 14:02 2717
-  A +

Ötən mövsüm “Gənclərbirliyi”nə vurduğu qolla FİFA tərəfindən “ilin ən yaxşı qolu” mükafatını qazanan “Fənərbaxça”nın hücumçusu Miroslav Stok ikinci böyük "hədiyyəsi"ni dünyanın "ən yaxşısı" Lionel Messidən alıb.
 
Qol.Az-ın məlumatına görə, Messi həmin mərasimdə Stokla yaxından tanış olub və onu təbrik edib.

“2012-ci ildə 91 qol vurdum. Amma etiraf etməliyəm ki, heç biri səninki qədər gözəl deyildi. Sən böyük futbolçusan. Artıq səni daha yaxından təqib edəcəyəm” - deyə o qeyd edib.

Son xəbərlər