“Azərbaycan millisi ilə maraqlı oyun alındı. Rəqibimizin yaxşı müdafiə xətti var. Arxa xətlərini yarmaq heç də asan deyildi. Buna baxmayaraq, qələbə qazandıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.
Milli komandamızı tərifləyən “İmperator” ləqəbli çalışdırıcı bildirib ki, gənc futbolçularımızın oyunundan xoşu gəlib: “Azərbaycan komandası bu gün oynamaq istədi. Xüsusilə də rəqibin gənc oyunçuları yaxşı təsir bağışladılar. Sanki onlar neçə ildir millinin heyətində oynayırlar”.
Bu arada Foqts penalti epizoduna toxunub. Amma Terim alman çalışdırıcının iradı ilə barışmayıb: “Tuncay Şanlının vurduğu qolun ofsayd epizodu kimi dəyərləndirilməsini gündəmə gətirmirəm. Bəs onda nəyə görə penalti epizodundan danışaq? Əslində, belə hallarda hakim qərarı ilə razılaşmaq lazımdır. Hakim qırmızı vərəqə verə də bilərdi, verməyə də”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi