“Oyuna yaxşı başlamışdıq. Penalti epizoduna qədər komandamdan çox razı qaldım”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən Türkiyə ilə başa çatan yoldaşlıq görüşündən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Kayseri şəhərində məğlub olduğumuz (0:2) matçdan sonra alman çalışdırıcı bildirib ki, futbolçularımız hücuma qoşulanda çoxlu səhvlərə yol veriblər: “6 əvəzləmə etdim ki, bu da sistemi dəyişməyimə səbəb oldu. Hücuma qoşulanda çoxlu səhvlər buraxırdıq. Daniel Axtyamovun oyunundan çox razı qaldım. Onun adını xüsusi qeyd etmək istəyirəm. Kimdən narazı qaldımı isə mətbuata açıqlamayacağam. 2-3 futbolçu var ki, onlara sözümü öz aramızda çatdıracağam. Çünki biz bir komandayıq və öz aramızdakı söhbətlərin kənara çıxması məqsədəuyğun deyildi”.
Foqts vurğulayıb ki, Avropa çempionatının bürünc mükafatçısı olan Türkiyəyə qarşı belə gözəl stadionda keçirilən oyun ona ləzzət edib: “Bugünkü yoldaşlıq görüşündə ab-havanı pozan yeganə şəxs hakim oldu. Onun penalti qərarı düzgün idi. Amma Rəşad Sadıqova qırmızı vərəqə verməməli idi. Hər halda, türklərlə matç Uelslə oyun öncəsi mənə kömək olacaq”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi