"Barselona"nın hücumçusu Premyer Liqa yolunda

"Barselona"nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 9 Yanvar 2013 / 01:28 2816
-  A +


"Barselona" klubunun hücumçusu Aleksis Sançez qışda komandasını dəyişə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, çilili futbolçu ilə "Liverpul" klubu yaxından maraqlanır.

Liverpul təmsilçisi ilk öncə yanvar ayında "Barselona" ilə danışıqlara başlayacaq. Razılıq əldə olunmayacağı təqdirdə, "Liverpul" mövsümün sonunda yenidən Kataloniya klubuna müraciət edəcək. İngilis nəhənginin Sançezin transferi üçün istənilən məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 2011-ci ildən "Barselona"da çıxış edən Sançez keçirdiyi 37 oyunda 12 qola imza atıb.


Son xəbərlər