Rodriginyo “Neftçi”də rus dilini öyrənib

Rodriginyo “Neftçi”də rus dilini öyrənib
XƏBƏR 9 Yanvar 2013 / 00:55 2044
-  A +

Braziliyanın “Sport” klubu ilə 2 illik müqavilə bağlayan “Neftçi”nin sabiq futbolçusu Rodriginyo Azərbaycandakı karyerası barədə danışıb.

31 yaşlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində flaqmanı tərk etməsini zədə ilə əlaqələndirib.
 
O deyib: “Mən “Neftçi”yə 2011-ci ilin yanvarında keçdim. Lakin həmin ilin avqustunda zədələndim. 6 ay yaşıl meydanlardan kənarda qaldıqdan sonra komandaya qayıtdım. Yanvarda müqaviləm başa çatdığı üçün göndərməyi qərara aldılar”.
 
Bununla belə, Rodriginyo ölkəmizdə olduğu vaxt bir qədər rusca danışmağı öyrənib: “Klubda tərcüməçi vardı. Lakin şəhərə çıxanda insanların rusca danışdıqlarına şahid olurdum. Bu dil orada Azərbaycan dilindən daha nüfuzludur” (Lent.az).

Son xəbərlər