Dünyanın ən yaxşı futbolçusu ikinci divizionda

Dünyanın ən yaxşı futbolçusu ikinci divizionda
XƏBƏR 9 Yanvar 2013 / 00:13 3098
-  A +

Məşhur braziliyalı futbolçu Rivaldo yeni klubla müqavilə bağlayıb.

Qol.Az-ın məlumatına görə, 41 yaşlı hücumçu karyerasını Braziliyanın ikinci divizionunda çıxış edən “San-Kaetano”da davam etdirəcək.
 
O, Anqola “Kabuşkorp”unu tərk etdikdən sonra yeni klubuna azad agent kimi keçib.
 
Qeyd edək ki, 1999-cu ilin ən yaxşı futbolçusunun vətənində sonuncu klubu “San-Paulu” olub. Rivaldo bu komandada 2011-ci ildə çıxış edib.

Son xəbərlər