Denis Silva: "Üçüncü dəfə çempion olacağıq"

Denis Silva: "Üçüncü dəfə çempion olacağıq"
XƏBƏR 8 Yanvar 2013 / 14:51 2029
-  A +

“Neftçi” klubu ilə ardıcıl iki dəfə çempionluq yaşayan Denis Silva yenidən komandaya qayıdıb.
 
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına danışıb:

“Neftçi” ailəsi mənim üçün çox doğmadır. Burada ardıcıl iki dəfə çempionluq sevinci yaşamışam. Müqavilə ilə məxsus olduğum komanda icazə vermədiyi üçün yarım mövsüm “Neftçi”dən ayrı qaldım. Artıq həmin klubla müqavilə müddətim başa çatıb və azad futbolçu kimi yenidən “Neftçi” ilə müqavilə imzaladım. İnanıram ki, bu mövsüm üçüncü çempionluğu da bayram edəcəyik”.

Son xəbərlər