"Fənərbaxça"nın hücumçusu "Liverpul"un hədəfində

"Fənərbaxça"nın hücumçusu "Liverpul"un hədəfində
XƏBƏR 8 Yanvar 2013 / 13:35 3081
-  A +

“Fənərbaxça” klubunun seneqallı hücumçusu Mousa Sou “Liverpul”un maraq dairəsinə düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul” 26 yaşlı oyunçunu transfer etmək üçün “Fənərbaxça” rəhbərliyinə rəsmi təklif göndərsə də, qarşı tərəf bu təklifi rədd edib və oyunçunu satmağı düşünmədiklərini bildirib.

Futbolçu özü isə bu təklifi müsbət qiymətləndirib və klub rəhbərliyinə “Liverpul”a getmək istədiyini bildirib. “Liverpul” Mousa Sounu “Fənərbaxça”ya gəlməmiş də transfer etmək istəyib. Ancaq “Fənərbaxça” daha tez tərpənərək futbolçunu heyətinə cəlb etmişdi. “Liverpul”un meneceri Rocers verdiyi açıqlamada “Sou yaxından təqib etdiyimiz bir oyunçudur. Onu transfer etmək istəyirik. Bu dəfə ondan asanlıqla əl çəkən deyilik” deyə bildirib.

Qeyd edək ki, bu mövsüm çıxdığı 27 matçda 10 qol vuran oyunçunun “Fənərbaxça” ilə 2015-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər