İnyesta: “Messi “Qızıl top”u beşinci dəfə də qazana bilər”

İnyesta: “Messi “Qızıl top”u beşinci dəfə də qazana bilər”
XƏBƏR 8 Yanvar 2013 / 12:24 2444
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komanda yoldaşı Lionel Messinin dördüncü dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İnyesta komanda yoldaşını təbrik edib və belə oyunu ilə onun daha çox mükafat qazanacağını bildirib.

“Dördüncü dəfə bu mükafatı qazandığı üçün Messini təbrik edirəm. Əgər belə davam etsə, Messi beşinci dəfə də “Qızıl top”u qazanacaq. Bu mükafat ən yaxşı kim olduğunu qəbul etmək üçün verilir. Messinin bu mükafatı dörd dəfə qazanması onun nə qədər istedadlı futbolçu olmasını göstərir” - deyə o qeyd edib.

Son xəbərlər