Rəşad Sadıqov: “Türkiyə millisinə hörmət etsək də ...”

Rəşad Sadıqov: “Türkiyə millisinə hörmət etsək də ...”
XƏBƏR 2 İyun 2009 / 21:11 2115
-  A +

“Millinin düşərgəsində ab-hava çox gözəldir. Dünənki oyunönəsi son məşqimiz də yaxşı keçdi”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bu gün Türkiyə millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Rəşad Türkiyə millisinin güclü olduğunu etiraf etsə də, rəqibdən çəkinmədiklərini söyləyib: “Təbii ki, rəqibimiz çox güclüdür. Türkiyə millisi əbəs yerə Avropa çempionatının bürünc mükafatını qazanmayıb. Bununla belə, rəqibə hörmət edirik, ancaq onlardan çəkinmirik. Bütün gücümüzü qoyacağıq ki, yaxşı nəticə qazanaq. Rəqibin heyətində Arda, Tuncay və Semihi qeyd edə bilərəm. Onlar həqiqətən də yaxşı futbolçulardır. Bununla belə, onlara qarşı oynamışam. Bu futboçuların qarşısın almağı bacaracağıq”.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır