Ronaldo: "Hər kəsi məmnun etmək mümkün deyil"

Ronaldo: "Hər kəsi məmnun etmək mümkün deyil"
XƏBƏR 7 Yanvar 2013 / 17:54 2251
-  A +

Madridin “Real” klubu hücumçusu Kriştiano Ronaldo Soseydad “Real”ı ilə oyundan (4:3) sonra mətbuata açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Ronaldo bütün insanların rəğbətini qazanmağın qeyri-mümkün olduğunun bildirib.

“Tanrı belə hər kəsi məmnun edə bilmir. Bəzi insanlar məni çox sevir, bəziləri isə mənə nifrət edir. Yəni, bütün insanların rəğbətini qazanmaq mümkün deyil. Mən yalnız yaxşı insan olmağa çalışıram".

Qeyd edək ki, Ronaldo "Real" (Sosyedad) klubu ilə oyunda dubla imza atmışdı.


Son xəbərlər