"Mançester Siti"nin 55 milyon avroluq təklifi rədd edildi

"Mançester Siti"nin 55 milyon avroluq təklifi rədd edildi
XƏBƏR 7 Yanvar 2013 / 17:05 3307
-  A +

"Napoli" klubunun prezidenti Aurelio De Laurentiis komandasının hücumçusu Edinson Kavaninin transferi üçün "Mançester Siti"dən rəsmi təklif aldıqlarını bildirib.

Qol.Az-ın məlumatına görə, De Laurentiis İngiltərə təmsilçisinin 55 milyon avroluq təklifini rədd etdiklərini deyib:

"Mançester Siti"nin 55 milyon avroluq təklifini rədd etdik. Dünən "Roma" ilə oyunda (4:1) bunun nə qədər düzgün addım olduğunu gördük. Kavani bizim futbolçudur. O bir çempiondur və dünyanın ən yaxşı 10 oyunçusundan biridir".

Qeyd edək ki, daha öncə uruqvaylı futbolçunun meneceri Mino Rayola Kavaninin mövsümün sonunda komandadan ayrılacağını bildirmişdi.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner