Luka Modriç Premyer Liqaya qayıdır

Luka Modriç Premyer Liqaya qayıdır
XƏBƏR 7 Yanvar 2013 / 12:34 3047
-  A +

Madridin "Real" klubunun yarımmüdafiəçisi Luka Modriç İngiltərə Premyer liqasına qayıda bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı görə, mövsümün əvvəlində "Tottenhem"dən "Real"a transfer olunan və uğurlu çıxış etməyən xorvatiyalı oyunçu ilə "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" klubları maraqlanır. Futbolçu özü də Premyer liqada oynamaq istədiyini bildirib.

Qeyd edək ki, 33 milyon avroya "Real"a transfer olunan Modriç İspaniyada bu mövsüm ən pis transfer kimi qiymətləndirilib.

Son xəbərlər