"Simurq"un 2009/10-cu illər mövsümündə geyinəcəyi yeni oyun formalarının rəngləri və dizaynı bəlli olub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yarandığı gündən bu yana doğma rənglərindən - ağ, sarı, qaradan istifadə edən "Simurq" ənənəsinə sadiq qalsa da, yeni geyim dəstlərinin dizaynında dəyişiklik edilib. Komandanın ev oyunlarında geyinəcəyi formanın rəngi dəyişməyib: ağ köynək, tünd göy şort (bu, yenilikdir) və ağ getr. Amma səfər dəstini klubun azarkeşlərinə sürpriz də adlandırmaq olar. "Simurq" səfər oyunlarında sarı-açıq füruzəyi rəngə çalan köynəkdə (şort və getrlərin rəngi həmişəki kimi qara olacaq) çıxış edəcək. Bu rəngli formanı ötən mövsüm səfər oyunları zamanı "Çelsi"nin, bir neçə il öncə isə "Barselona"nın əynində görmək olardı. 3-cü - ehtiyat forma isə tünd göy rəngdədir. Yeni oyun dəstləri yaxın günlərdə "Simurq"un ixtiyarına veriləcək.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı