"Yuventus"dan Fernando Lorenteyə 7 milyon avro

"Yuventus"dan Fernando Lorenteyə 7 milyon avro
XƏBƏR 4 Yanvar 2013 / 00:01 1723
-  A +

İtaliyanın "Yuventus" klubu hücumçu axtarışlarını davam etdirir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, son İtaliya çempionu "Atletiko" (Bilbao) klubunun hücumçusu Fernando Lorenteyə "elçi" düşüb.

Hücum xəttində müəyyən problemlər yaşayan "Yuventus" bütün diqqətini Lorenteyə yönəldib. Turin təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün 7 milyon avro ödəməyə hazırdır. Futbolçunun özü də "Yuventus"un təklifini müsbət qarşılayıb.

Qeyd edək ki, "Atletik"lə 2013-cü ilin iyun ayına qədər müqaviləsi olan Lorente bu mövsüm keçirdiyi 16 oyunda cəmi 2 qola imza atıb.


Son xəbərlər