"Çelsi" "Nyukasl"ın hücumçusunu transfer etdi

"Çelsi" "Nyukasl"ın hücumçusunu transfer etdi
XƏBƏR 3 Yanvar 2013 / 17:12 3553
-  A +

İngiltərənin "Çelsi" klubu "Nyukasl"ın hücumçusu Demba Banın keçidini həll edib.

Qol.Az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, London təmsilçisi seneqallı futbolçu ilə 3,5 illiyinə anlaşıb.

Demba Ba tibbi müayinədən keçdikdən sonra "Çelsi" ilə rəsmi müqavilə imzalayacaq. Bu transferin "Çelsi"yə 7 milyon funt-sterlinqə başa gəldiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Vest Hem"dən "Nyukasl"a transfer olunan 27 yaşlı futbolçu keçirdiyi 54 oyunda 29 qola imza atıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner