“Rəvan” daha iki futbolçu ilə yolları ayırdı

XƏBƏR 3 Yanvar 2013 / 13:28 1871
-  A +

“Rəvan” qış fasiləsində daha iki futbolçu ilə yolları ayırıb. Bunlar qapıçı Davud Kərimi və qanalı yarımmüdafiəçi Frensis Bossmandır.

Məlumatı Qol.Az saytına klubun mətbuat xidmətində veriblər.

Xatırladaq ki, bundan əvvəl “Rəvan” Amit Quluzadə, Ekrem Hodziç və Nemanya Vidakoviçlə əməkdaşlığa son qoymuşdu.


Son xəbərlər