“Borussiya”dan Nuri Şahin açıqlaması

“Borussiya”dan Nuri Şahin açıqlaması
XƏBƏR 2 Yanvar 2013 / 23:44 3503
-  A +

Dortmundun “Borussiya” klubunun baş direktoru Mikael Zork “Real”ın icarə qaydasında “Liverpul”da oynayan türk futbolçusu Nuri Şahinin doğma komandasına qayıdacağını istisna etməyib.

Qol.Az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, M.Zork Nurinin oyununu yaxından izlədiklərini deyib.

“O, bizim yetirməmizdir. Problem ondadir ki, “Liverpul” Nurini sevdiyi mövqedə oynatmır. Əgər o, yenidən “Borussiya”da çıxış etmək istəsə, biz bunun əleyhinə olmayacağıq” – deyə klub rəsmisi bildirib.


Son xəbərlər