“İnter”in 1992-93-cü il təvəllüdlü futbolçulardan ibarət komandası Fransanın Lill şəhərində təşkil olunan yarışda iştirakını başa vurub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, təmsilçisimiz qrup mərhələsi çərçivəsində Polşanın “Pogon Wrastlava” klubunu 5 cavabsız qolla məğlub etdikdən sonra, sonuncu qarşılaşmada yerli “US ASCQ” klubunu 2:0 hesabıyla üstələyib və nəticədə yarımfinala qrup lideri kimi yüksəldi.
Bu mərhələdə “İnter”in rəqibi Çexiyanın “Banik-Ostrava” klubu idi. Bu matçın “bankirlər” üçün çətin keçəcəyi şübhə doğurmurdu. Çünki çexlər turnirin əsas favoritlərindən biri idi. Digər tərəfdən də ötən il komandamızın finala gedən yolunu məhz bu komanda kəsmişdi.
Komandamız oyunun gedişində irəli çıxsa da, bu üstünlüyü sonadək qoruya bilmədi. Matç 1:1 hesabı ilə başa çatdı. Nəticədə qalibi penaltilər aşkarlayacaqdı. Bu zaman “İnter”in qapıçısı Fərid Ağayev gözəl oyunu ilə komandasını finala daşıdı - 4:3.
Həlledici matçda “İnter”in rəqibi qrup mərhləsində heç-heçə (0:0) oynadığı Fransanın “İstr” klubu idi. Rəqib doğma meydan və azarkeş dəstəyinə arxalansa da, “İnter”in müqavimətini qıra bilməyib. Rəqibini 2:1 hesabıyla məğlub edən “bankirlər” turnirin qalibi adını qazanıb.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi