AZAL daha bir futbolçu ilə yolları ayırdı

XƏBƏR 31 Dekabr 2012 / 00:14 2901
-  A +

AZAL qış fasiləsində daha bir futbolçu ilə yolları ayırıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Vaqif Sadıqovun razılığından sonra klub yarımmüdafiəçisi Arif İsayevlə müqaviləni qarşılıqlı şəkildə pozub. AZAL-ın mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Bir vaxtlar millimizdə də oynamış A.İsayevin karyerasını hansı komanda davam etdirəcəyi hələ bilinmir.


Son xəbərlər