“Neftçi”nin məşqçiləri çoxdan idi mənim oyunumu izləyirdilər. “Standard”ın çempionatdakı oyunlarına gəlib, baxırdılar. Xüsusilə də ikinci dövrədə. Mən də bunu bildiyimdən əlimdən gələni edirdim ki, özümü yaxşı tərəfdən göstərim. Elə oldu ki, çempionat başa çatandan sonra klubun vitse-prezidenti İlqar Quluzadə mənə zəng edərək, bazaya çağırdı. Getdim və orada baş məşqçi Böyükağa Ağayevlə də görüşümüz oldu. O da bildirdi ki, məni komandasında görmək istəyir. Beləliklə, “Neftçi” ilə 1 illik müqavilə bağladım”. Bu sözləri Qol.Az-a “Neftçi”nin mövsüm başa çatdıqdanm sonra ilk transfer etdiyi futbolçu olan Ruslan Əmircanov deyib. Əmircanov “Neftçi” ilə çempion olacağına inandığını deyib: “Bildiyiniz kimi, mən “Karvan”da oynayanda da çempionluğa yaxın idik. Lakin son anda “Turan” buna mane olmuşdu. Amma “Neftçi” ilə bu uğura imza atacağıma inanıram. Üstəlik, paytaxt klubu 4 ildir çempion ola bilmir. “Neftçi” haqqında əlavə olaraq onu da deyə bilərəm ki, Azərbaycanı ölkə xaricində ən layiqli təmsil edən elə “Neftçi” olub. Burada oynamaq mənim üçün şərəfdir”
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi