Kapello: "Yuventus"un rəqibi kimi yalnız "Roma"nı görürəm"

Kapello: "Yuventus"un rəqibi kimi yalnız "Roma"nı görürəm"
XƏBƏR 30 Dekabr 2012 / 02:30 1875
-  A +

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello bu mövsüm üçün İtaliya A Seriyasında klubların çempionluq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan italiyalı mütəxəssis bu mövsüm çempionluq yolunda "Yuventus"un rəqibi kimi yalnız "Roma" klubunu gördüyünü bildirib:

"Bu mövsüm A Seriyasında "Yuventus"un rəqibi kimi yalnız "Roma"nı görürəm. Mən İtaliyada işləyən vaxtlar ən güclü komandalar "İnter", "Milan", "Yuventus" və "Roma" klubları idi. Ancaq hazırda Milan təmsilçiləri əvvəlki formalarından çox uzaqdadırlar".

Qeyd edək ki, "Yuventus" 18 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir. "Roma" isə Turin təmsilçisindən 12 xal geri qalır.


Son xəbərlər