Milli komandanın sabiq futbolçusu öldü

Milli komandanın sabiq futbolçusu öldü
XƏBƏR 30 Dekabr 2012 / 01:24 2475
-  A +

Çexiya milli komandasının sabiq futbolçusu Vatslav Drobnı 32 yaşında ölüb.

Qol.Az-ın məlumatına görə, Drobnı dağ xizəkçiliyi kurortunda istirahət zamanı dünyasını dəyişib.
 
Bobsley yarışlarında iştirak etdiyi vaxt yürüşlərin birində onun bobu trassın hüdudlarından kənara sıçrayıb və ağacla toqquşub. Ağır kəllə-beyin travması alan Drobnı bir müddət sonra xəstəxanada keçinib.
 
Qeyd edək ki, Vatlav Drobnı müdafiəçi mövqeyində çıxış edib. O, 2002-ci ildə Avropa çempionu olmuş Çexiyanın gənclər yığmasının kapitanı idi. Karyerasının böyük hissəsini əcnəbi klublarda keçirmiş Drobnı 2011-ci ildə karyerasını başa vuraraq, şərhçi vəzifəsinə keçib.

Son xəbərlər