Mkitaryan Ermənistan Milli Olimpiya Komitəsini ifşa etdi

Mkitaryan Ermənistan Milli Olimpiya Komitəsini ifşa etdi
XƏBƏR 29 Dekabr 2012 / 02:11 2988
-  A +

Ermənistan milli komandasının futbolçusu Henrik Mkitaryan ölkənin Milli Olimpiya Komitəsinin (MOK) yalanını üzə çıxarıb.
 
MOK prezidenti Qagik Tsarukyan bu yaxınlarda Mkitaryanın qurumun ordenini aldığını bildirib.
 
Ukrayna “Şaxtyor”unun futbolçusu isə “Facebook” səhifəsində bu açıqlamanı təkzib edib: “Deyirlər ki, mənə MOK-un ordenini təqdim ediblər. Məndən belə bir mükafatı alıb-almadığımı soruşurlar. Hazırda Ermənistandan kənardayam. Bu barədə xəbərlərdən mənə məlum olub”.
 
Mkitaryan belə mükafatı almayacağını da bildirib: “Hesab edirəm ki, mən ədalətli və təmiz mübarizədə qazanılan mükafatları almalıyam. Qalanları isə məni maraqlandırmır” (Lent.az).

Son xəbərlər